Yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib

Avqustun 1-də Bakı Baş Gömrük İdarəsində yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib.

Görüşdə gömrük sistemində yeniliklər barədə məlumat verilib, yükdaşımalar və logistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlər müzakirə edilib.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət bütün sferaların, o cümlədən logistika sektorunun bütün sahələrinin inkişafına təkan verib.

Müzakirə edilən məsələlərdən biri – istehlak mallarının istifadəçilərə çatdırılması mexanizminin, eləcə də gömrük nəzarətinin yüksək səviyyədə təşkili məqsədilə daşımaları həyata keçirən şirkətlər tərəfindən məlumatların vaxtında və əhatəli şəkildə təqdim edilməsi mexanizminin səmərəliliyinin daha da artırılması olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır