Ümumi xidmət ixracında yükdaşıma xidmətlərinin payında Azərbaycanda son illərdə təxminən 10 faiz artım olduğu halda, oxşar ölkələrdə bu rəqəm 8-52 faiz arasında dəyişir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına əsasən, 2015-ci ildə Azərbaycanda dəmir yolları ilə cəmi 17,1 milyon ton yük daşınmışdır ki, onun da 23,4 faizi (4 milyon ton) daxili yükdaşımanın, 32,2 faizi (5,5 milyon ton) idxal yüklərinin, 21,4 faizi (3,7 milyon ton) ixrac yüklərinin və 23 faizi (3,9 milyon ton) tranzit yüklərin payına düşmüşdür.
\Beləliklə, 2015-ci ildə Azərbaycanın ərazisindən dəmir yolu ilə daşınan yüklərin ümumi həcmində tranzit yüklərin payı 23 faiz olmuşdur.
Ölkədə 2015-ci ildə dəniz nəqliyyatı vasitəsilə aparılan idxal-ixrac əməliyyatları üzrə yük həcmi 0,5 milyon ton, tranzit yük daşımalarının həcmi isə 5,6 milyon ton olmuşdur ki, bu da tranzit yük daşımalarının ümumi həcminin 59 faizi deməkdir.
Nəzəri baxımdan, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən istifadə etməklə əldə edə biləcəyi əlavə ticarət həcmi quru və maye yük, konteyner daşımaları ilə birlikdə 230 milyon tondur.