Yüksək gəlirli şəxslərin vergiyə cəlb olunması barədə təlimat nəşr olunub

Beynəlxalq Valyuta Fondu vergi orqanları əməkdaşları üçün yüksək gəlirli şəxslərin vergi öhdəliklərinə əməl etmələrinə təminat yaradan səmərəli proqramların həyata keçirilməsinə dair təlimat nəşr edib. Təlimatın texniki hissəsində yüksək gəlirli şəxslər üçün xarakteristika, bu şəxslərə nə üçün vergi orqanlarında maraq oyadırlar, yüksək həyat şərtlərinə malik şəxslərlə fərdi uyğunluğa dair proqram necə tərtib etmək olar məsələlər nəzərdə tutulur. Sənəddə həmçinin uyğunluq risklərinin idarə olunmasından istifadə modellərinin mümkünlüyü məsələsinə də baxılıb.

Təlimatla bağlı məruzədə göstərilib ki, bütün dünya üzrə yüksək gəlir əldə edən 34 milyona yaxın şəxs 2015-ci ildə ən azından adambaşına 1 milyon dollar sərvət toplamağa nail olub. Bu insanlar Yer kürəsinin 0.7 %-ni təşkil etsələr də, dünydakı sərvətlərin 45 %-ə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır