Əmanətlərin Sığortalanması Fondu Ləğv prosesində olan Yunayted Kredit Banka kredit öhdəliyi olan müştərilərinin diqqətinə çatdırır ki, artıq kredit ödənişini onlara yaxın ərazidə yerləşən MilliÖN Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.
Ödənişin həyata keçririlməsi üçün MilliÖn terminalının menusundan “Bank Xidmətləri” seçilir,”Bank Xidmətləri”-nin 3-cü səhifəsindən “ADİF” seçilir, krediti ödəniləcək şəxsin Şəxsiyyət Vəsiqəsində olan “PİN” kodu daxil edilir, məlumat təsdiq edilir, müştərinin krediti olduğu LPO bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir, seçilmiş Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir, ödəniş ediləcək məbləğ terminala daxil edilərək “irəli” düyməsi seçilir və qəbz terminaldan götürülür.