Yuxu xəbərləri – Harvard Business Review

Amherstdəki Massaçusets Universitetindən Rebekka Spenser və həmkarları, Harvard Biznes Məktəbindən Uma Karmarkar və Stenford Biznes Məktəbindən Baba Şiv iştirakçılara noutbuk çantası seçməyin təklif edildiyi araşdırma apardılar. İştirakçılara çantaların müsbət və mənfi cəhətləri barədə məlumat verildi. Bəziləri  gecə (yuxu öncəsi), digərləri isə səhər – yuxudan durduqdan az sonra bu barədə məlumatlandırıldılar. 12 saatdan sonra iştirakçılara çantaları göstərdilər və seçim etməyi xahiş etdilər, daha sonra onun nə dərəcədə uğurlu olması barədə məlumatları topladılar. Məlumatları gecə alanlara çantaları az xoşlarına gəlmişdi.

Aydındır ki, seçimi həmin gün edən eksperiment iştirakçıları ondan xeyli razı qaldı. Əvəzində, qərar qəbulundan əvvəl yatanlar verdiyimiz məlumatları daha yaxşı yadda saxladılar. Bu bizi təəccübləndirdi. Elə görünürdü ki, məhsul haqda nə qədər çox bilirsənsə, o qədər yaxşı seçirsən, amma hər şey başqa cür oldu.

Qərarın qəbulu zamanı “səhərin şərinin axşamın xeyrindən yaxşı olması” vəziyyətlərinin olmadığını iddia etmək olmaz. Məlumdur ki, yuxu zamanı beyin məlumatı emal edir ki, təzə başla oyanaq. Nevroloji səviyyədə məlumatlar qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülür. Ona görə də səhər hər şeyi yenidən düşünürük: bu baxımdan atalar sözü doğrudur. Yuxu nəinki yeni, həm də, nə qədər qəribə olsa da, köhnə məlumatın emalına təsir edir.

Məlumatları axşam alanlar səhər onları daha yaxşı xatırlayırdılar. Təkcə bu deyil. Növbəti sorğu zamanı araşdırma iştirakçılarının xatırladığı müsbət və mənfi cəhətləri hesabladıqda, gördük ki, çantalar barədə axşam məlumat verdiyimiz şəxslər müsbət cəhətləri daha yaxşı, mənfi cəhətləri isə daha pis xatırlayırlar.

Bu bizi heyrətləndirdi. Əksər araşdırıcılar iddia edirlər ki, yuxu, əksinə, mənfi məlumatı daha yaxşı mənimsəməyə imkan verir. Digər tərəfdən, onların çoxu mənfi məlumatları müsbətlərlə deyil, neytrallarla müqayisə edirdilər. Ona görə də qərarların qəbulu baxımından yuxu ola bilsin ki, müsbət tərəflərə diqqəti cəmləməyə kömək olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır