“Bankların 2016-cı il üzrə audit hesabatları mətbuata açıqlanıb. Bu hesabata əsasən, bəzi bankların məcmu kapitalı 50 mln. manatdan, yəni müəyyən edilmiş normadan azdır. Kapital problemi ilə üzləşən bankların sayı isə 10-a yaxındır”. Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yerli standartlar üzrə daha az bank kapital problemi ilə üzləşsə də, beynəlxalq standartlarla müəyyən edilmiş hesabatda bu fərqli olub.
Zakir Nuriyev həmçinin qeyd edib ki, 4 bank Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətə götürülüb və hələlik belə bankların sayında dəyişiklik mövcud deyil.