Zakir Nuriyev:“Neft aktiv deyil, vasitə olmalıdır”

“Neft aktiv deyil, vasitə olmalıdır. Əsas aktivi – insanlar, bilik və texnologiyalar  təşkil etməlidir”.Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev II Bankçılıq Forumunda açılış nitqi zamanı deyib.

Bildirilib ki, qarşıdakı dövrdə proseslərin daha da sürətlənməsi üçün sahibkarların və xüsusi mülkiyyətin müdafiə sisteminin gücləndirilməsi, ticarət müəssisələrinin iqtisadiyyatdakı payının yüksək texnologiyalı qeyri xammal istehsalı ilə əvəz olunması,qanunverici bazanın sabitliyi, şəffaflığı, davamlı və ardıcıllığı kimi məsələlər mühüm ola bilər.

“Hesab edirik ki, artıq yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır”,- deyə  Zakir Nuriyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır