Zaqatalada investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zaqatala rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının yaradılması və tütün qurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır