“ZARA”nın yaradıcısından uğurun 5 sirri

“Zara”nın yaradıcısı Amancio Ortega  dünyanın ən zəngin insanları sırasında yer alır. BBN.az “Forbes”  saytına istinadən xəbər verir ki, 2016-cı ilin məlumatlarına əsasən,  A. Orteganın sərvətinin dəyəri 67 milyard dollardır. Belə ki, O, Bill Gatesdən sonra dünyanın ikinci ən zəngin adamıdır.  1963-cü ildə  kiçik ailə şirkətində tekstil istehsalına başlayan Ortega  1975-ci ildən etibarən keçmiş həyat yoldaşı Rosalía Mera ilə “Zara”nın əsasını qoyub. 1980-ci ilin ortalarında öz biznesini İspaniya boyunca genişləndirərək  Amerikada ilk mağazasını 1989-cu ildə açıb. 1980-ci illərdə markanı “Inditex Grup” adı altında bir holdinqə çevirib və hissələrin  59.3 % -ni satın alaraq ən böyük səhmdara  çevrilib. “İnditex”  bu gün Massimo Dutti, Uterque, Zara Home, Stradivarius, Bershka, Oysho ve Pull&Bear brendlərini özündə birləşdirən Avropanın  bir  pərakəndə satış mərkəzidir.

Daim mətbuata açıqlama verməkdən boyun qaçıran İspaniyalı milyarder  uğurunun 5 sirrini açıqlayıb.

Onun fikirlərinə görə, bir biznesin uğurlu ola bilməsi üçün şirkətdə aşağıdakı faktorlar təmin olunmalıdır:

  1. Şirkət daxilində proseslərin sürətli şəkildə həyata keçirilməsi – A. Ortega Zaranın əsasını qoyduğu gündən bəri onun əsas tətbiq etdiyi strategiya bazarda hər kəsdən öncə yenilikləri məhsullar üzərində tətbiq etməkdir. Belə ki, Zara mağazalarında iki həftədən bir məhsullar yeniləri ilə əvəzlənir.
  2. Müştərilərin istəklərinə fokuslanmaq – O öz açıqlamasında bildirib ki,müştərilər həmişə biznes modellərinə üstünlük verirlər. Belə ki, şirkət moda kolleksiyalarının hazırlanmasında, mağazaların dizayn edilməsində və digər fəaliyyətlərlərində  müştərilərin zövqünə uyğun şəkildə hərəkət edir.
  3. Təchizat zəncirinə nəzarət etmək – Onun dizaynları zavodlarında tərtib olunsada məhsullar yerli mağaza şəbəsi tərəfindən tikilir. Bu qısaldılmış təchizat  zənciri şirkətin yeni tendensiyalara tez reaksiya verməsinə  imkan yaradır.
  4. Ənənəyə sadiq qalmaq – 80 yaşında olmasına baxmayaraq gününün əksər hissəsini ofisdə keçirir. Eyni zamanda, gördüyü işlərin və yeni ideyaların onu heç vaxt yormadığını diqqətə çatdırıb.
  5. İnnovasiya fəaliyyətini heç vaxt dayandırmamaq – Müvəffəqiyyət heç vaxt zəmanətli deyil. A. Ortega buna görədə daim innovativ məhsullar istehsal etməyə fokuslanmaq lazım olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır