Ziraat Bank Azərbaycan ASC 2017-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 % artaraq 167,8 mln. manat təşkil edib.
Bankın digər vacib göstəricilərinin dəyişməsi isə aşağıdakı qrafikdə göstərilib:
Göstəricilər | 2017-ci ilin III rübü (mln. manat) | 2016-cı ilin III rübü (mln. manat) | Fərq |
Aktivlər | 167,8 | 117,3 | 43,1 % |
Depozit portfeli | 61,3 | 30 | 2 (dəfə) |
Kredit portfeli | 70,2 | 32,5 | 2,2 (dəfə) |
Balans kapitalı | 64,3 | 59,6 | 7,9% |
Faiz gəlirləri | 8,3 | 6,3 | 31,7% |
Qeyri-faiz gəlirləri | 3 | 3,3 | -9,1% |
Faiz xərcləri | 2,4 | 1,1 | 2,2 (dəfə) |
Qeyri-faiz xərcləri | 4,4 | 3,1 | 41,9% |
Ehtiyat ayırmaları | 1 | 0,2 | 5 (dəfə) |
Xalis mənfəət (zərər) | 3,2 | 5,5 | -41,8% |