Dünyanın ən qiymətli bank markaları arasına Türkiyədən 9 bank daxil olarkən, son bir ildə marka dəyərini ən çox artıran bank “Ziraat Bankı” olub.
BBN.az xəbər verir ki, “Ziraat Bankı” son 2 ildə marka dəyərini 52% artırıb. Bank keçən il olduğu kimi 2018-ci ildə də Türkiyədəki banklar arasında marka dəyərini ən çox yüksəldən bank olub. “Ziraat Bankı” marka dəyərini 120 milyon dollar artırıb və sıralamada 5 pillə yüksəlib.
Qeyd edək ki, Beynəlxalq marka qiymətləndirmə agentliyi “Brand Finance”in hazırladığı “Dünyanın Ən Qiymətli 500 Bank Markası-2018 ” işinin nəticələrinə görə Türkiyənin ən qiymətli bank markası 1 milyard 649 milyon dollarlıq dəyərlə “Akbank” olub. 1 milyard 584 milyon dollarlıq marka dəyəri ilə “Garanti Bankı” ikinci yerdə, 1 milyard 432 milyon dollarlıq marka dəyəri ilə “Ziraat Bankı” üçüncü yerdə qərarlaşıb.
Ümumilikdə isə dünya bankları sırasında “Akbank” 126-cı, “Garanti Bankı” 129-cu, Ziraat Bankı isə 140-cı yeri tutub.