“ZOODEL” Azərbaycan sahibkarlarına portaldan ödənişsiz istifadəni təklif edir

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İpək Yolu ölkələrinə Azərbaycanın ixrac potensialı” mövzusunda təqdimat keçirilib.

Tədbirdə AZPROMO ilə ZOODEL arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki,  ZOODEL MDB ölkələrində fəaliyyət göstərən şirkətlərin “İpək yolu” ölkələrinə ixracını asanlaşdıran elektron ticarət portalıdır. Portal istifadəçilərinə ixracın inkişafına dair təlimlər və konfranslarda iştirakı, məhsulun portalda 6 dildə təqdim olunmasını, 15 ölkədə keçirilən tenderlər barədə məlumatları təklif edir. Həmçinin istifadəçilər barədə mütəmadi olaraq xüsusi kataloqlar hazırlanır və beynəlxalq tədbirlərdə yayılır. ZOODEL Azərbaycan sahibkarlarına 6 ay portaldan ödənişsiz istifadə etməyi təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır