WhatsApp, Instagram və Facebook Messenger birləşir

Facebook-un qurucusu Mark Zuckerberg 3 böyük platformanı – WhatsApp, Instagram və Facebook Messenger-i birləşdirməyi planlaşdırır.

Xidmətlər müstəqil tətbiq kimi fəaliyyət göstərməyə davam edəcək, lakin onların əsas texniki strukturu birləşdiriləcək. Bununla dünyanın ən böyük mesajlaşma şəbəkələri bir araya gələcək və böyük platformalar arası ünsiyyət qurmaq mümkün olacaq.

Qeyd edək ki, bu layihə üzərində  1000-dən çox işçi çalışır.

İlkin mərhələdə olan bu planın 2020-ci ilin əvvəllərinə qədər həyata keçirilməsi hədəflənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır