Əhalinin gəlirləri artıb

2017-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 525,6 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar- oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8,2% artaraq 40190,7 milyon manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır