442,8 min nəfər sosial müavinətlə təmin olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-iyun aylarında respublika əhalisinin 4,4 %-i və ya 442,8 min nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin olunub. Onlardan 86,6  %-nə aylıq, 13,4 %-nə isə birdəfəlik sosial müavinət ödənilib.

Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə  Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunan şəxslərin sayı isə 58 638 nəfər təşkil edib. Həmin təqaüdləri alan vətəndaşların sırasına Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və başqaları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır