Bu bank ipoteka kreditinin həcmini artırıb

Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə  müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.

BBN.az xəbər verir ki, Bank VTB (Azərbaycan) İpoteka və kredit-zəmanət fondu xətti ilə ipoteka kreditini 150 000 manatadək və 25 il müddətinə təklif edir. Kreditin faiz dərəcəsi 7%, ilkin ödənişi isə – 20% təşkil edir.

Əhalinin müəyyən kateqoriyası – dövlət və hərbi qulluqçular, gənc ailələr, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi olanlar üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti nəzərdə tutulur. Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4%,maksimal məbləğ 100 000 manat təşkil edir. İlkin ödəniş isə 15%-dir.

“Bankın aktiv şəkildə ipoteka kreditləşməsində cəmi 2 il müddətində iştirak etməsinə baxmayaraq,  kifayət qədər nailiyyətlər əldə etmiş və bazardakı mövqelərimizi möhkəmləndirə bilmişik. Kredit şərtlərinin yaxşılaşdırılması da buna təsir etmişdir: standart ipoteka üzrə faiz dərəcəsi 7%, güzəştli ipoteka üzrə isə 4% təşkil edir. Mənzil İnşaatı Dövlət Agentliyi (“MİDA” MMC) ilə əməkdaşlıq sayəsində bank həmçinin agentliyin mənzilləri üçün də ipoteka krediti vermək niyyətindədir. Beləliklə, bank mənzil əldə etmək istəyən şəxslər üçün tələb olunan  bütün şərtləri təqdim edir” – deyə  bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitriy Qalaşev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır