20-23 iyun 2018-ci il tarixlərində İstanbul Sərgi Mərkəzində çay istehsalçıları üçün məhsulların nümayişi və təbliğatı məqsədilə çay sərgisi keçiriləcək.
Sərginin məqsədi beynəlxalq miqyasda çay ticarəti ilə məşğul olan maraqlı tərəfləri bir araya gətirmək, daxili və xarici bazarlara yönəlmiş seminarlar və konfranslar təşkil etməkdir. Adıçəkilən sərgidə çay istehsalı üzrə fəaliyyət göstərən Azərbaycan şirkətləri iştiraka dəvət olunurlar.
Sərgi haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.