ABA-nın təşkil etdiyi “Bank və maliyyə bazarlarında kibertəhlükəsizliyi” adlı konfrans başa çatıb. Konfransda informasiya sistemlərinin təhlükəsizliyi üzrə direktor İlqar Əliyev bankların təhlükəsizliyi üzrə risk ssenariləri və bu ssenarilərin faydasından danışıb. Daha sonra “SMART IT” nin direktoru Qurban Zeynalov şəbəkə perimetrinin müasir üsullarla təhlükəsizliyi barədə təqdimat edib Tədbirdə, həmçinin “Garanti Bank” ın nümayəndəsi Ali Süha Ter, “İş Bankası” nın nümayəndəsi Mehmet Ali Özdoğan, “Azərfon” İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri Vüsal Salmanlı, “Cet İnformasiya Sistemləri” nin nümayəndəsi Pavel Valkçov və “Oracle” ın konsultasiya üzrə direktoru Nuri Cömert çıxış edib. Sözügedən tədbirdə, həmçinin ATM təhlükəsizliyi, şəbəkə perimetrinin təhlükəsizliyi, banklarda kibertəhlükə üzrə xəbərdarlıq sistemləri, avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi mövzularında təqdimatlar edilib.
Qeyd edək ki, konfransda banklardan, sığorta şirkətlərindən, İT şirkətlərindən dövlət qurumlarından nümayəndələr iştirak edib.
Təqdimatlarla tanış ola bilərsiniz.