Aİ “Peugeot”nun “Opel” şirkətini satın almasına razılıq verib

Avropa İttifaqı (Aİ), Fransanın avtomobil istehsalçısı “Peugeot”nun Alman avtomobil şirkəti “Opel”i satın almasına razılıq verib.
Belə ki, Aİ Komissiyasından verilən açıqlamada satın almanın avtomobil bazarlarındakı rəqabətə mənfi təsir etməyəcəyi bildirilib.

Razılaşmadan sonra “Opel” və  “Opel”in Birləşmiş Krallıqda  faaliyət göstərən “Vauxhall” markaları, “PSA Goup”a qoşulacaq.

“Opel” və  “Vauxhall”ın “PSA Group”a qoşulması   şirkətlər qrupunun Avropadakı  ikinci büyük avtomobil istehsalçısı səviyyəsinə gəlməsi gözlənilir.

Qeyd edək ki, “PSA  Group” bu ilin mart ayında 2,2 milyard avro qarşılığında  “Opeli” satın almağı təklif etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır