“Atabank”ın xarici kreditorlar qarşısında heç bir öhdəliyi yoxdur

İyunun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması, bankların konsolidasiya prosesinin gedişatı və ilkin nəticələrinə həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbirdə “AtaBank”, “Synergy Group” və “PricewaterhouseCoopers” şirkətinin rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözü ilə açan “AtaBank” İdarə heyətinin sədri Dəyanət Quliyev ölkənin bank sektorunda ilk konsolidasiya prosesinin uğurla başa çatdığını, “AtaBank” və “CDB” bankın birləşməsi nıticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bankın ərsəyə gəldiyini qeyd edib. Onun sözlərinə görə, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşıb, bankın kapital mövqeyi möhkəmlənib, müştərilərin banka etimadı artıb.

Bu prosesin maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin hədəflərinə cavab verdiyini, ölkə rəhbərliyinin bankların yüksək dünya standartlarına cavab verməsi, bu məqsədlə konsolidasiya siyasətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı tövsiyələri çərçivəsində həyata keçirildiyini qeyd edən D.Quliyev bank sektorunda başlanmış islahatların və konsolidasiya proseslərinin ümumilikdə maliyyə sisteminin sağlamlaşdırılmasına müsbət təsir etdiyini və ölkənin davamlı iqtisadi inkişafına xidmət etdiyini bildirib.

Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayan D,Quliyev uğurlu korporativ menecment sayəsində bankın 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxdığını vurğulayıb. Həmçinin bildirilib ki, hazırda “Atabank”ın xarici kreditorlar qarşısında heş bir öhdəliyi yoxdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır