Avropanın ofşorlardakı itkiləri hesablanıb

Avropa parlamentinin hazırladığı yeni hesabata əsasən, Avropa İttifaqına daxil olan ölkələr “Panama sənədləri”ndə aşkara çıxarılmış faktlara görə offşor hesablar ucbatından 237 milyard avroyadək itkiyə məruz qalıb. Çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı araşdırmalarla məşğul olan komitəyə 2016-cı ildə ictimaiyyətə açıqlanmış “Panama sənədləri” də göstərilən ofşor hesablar sayəsində Avropa ölkələrinin nə qədər vəsait itirdiyini araşdırmaq həvalə edilib. Araşdırma ilk növbədə Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Polşa, İspaniya və Böyük Britaniyanı əhatə edib.

Qeyd edək ki, araşdırma nəticəsində bu ölkələr 88 milyard avro məbləğində itkiyə məruz qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır