“Azərbaycan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə 17-ci yerdədir”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litva Respublikasında səfərdə olub. Səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Yonas Gricius və müfəttişliyin digər rəsmiləri ilə görüş olub.

Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, ölkəmizdə əmək və məşğulluq  sahəsində aparılan siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bunun ifadəsi olaraq cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilib, eyni zamanda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan bu Hesabatda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Ölkəmizdə əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulduğunu  qeyd edən F.Əlizadə 2014-cü ilin iyul ayından Azərbaycanda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin fəaliyyət göstərdiyini, sistemin mühüm üstünlüklərini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır