Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib

Oktyabrın 20-də AZPROMO-nun  təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilib. Forumda sənaye, kimya, qida, tikinti, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib və eyni zamanda  BƏƏ iş adamlarını ölkəmizdə yaradılmış investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.
Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Exports” təşkilatının icraçı direktorunun müavini Mohammed Ali Əl Kamali bu gün keçirilən növbəti Azərbaycan – BƏƏ biznes forumunun iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, BƏƏ-də iş adamlar üçün yaradılmış biznes imkanları və investisiya mühiti barədə məlumat verib.
Tədbirin ilk günü iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.
Forumun ikinci günündə bir sıra Azərbaycan şirkətlərinin təqdimatı keçiriləcək, BƏƏ nümayəndə heyəti istesal və xidmət müəssisələrinin fəaliyyəti ilə tanış olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır