Azərbaycan və Fransa arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.

Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır