Azərbaycanda keçid banklar yaradılacaq- AÇIQLAMA

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki,  ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır.

Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq.

Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.

Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.

Mənbə: Trend.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır