I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 (əlli) faizdən az olmamalıdır. I dərəcəli kapitala dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər çıxılmaqla), dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər, kapital artıqlığı, keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti, bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların (payçıların) kapitalı daxildir.
I dərəcəli kapitalın adekvatlıq əmsalı I dərəcəli kapitaldan I dərəcəli kapitaldan “tutulmalar” və aidiyyəti şəxslərə verilmiş kreditlər çıxılaraq əldə olunan nəticənin aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla risk dərəcəsi üzrə ölçülmüş aktivlərə faiz nisbəti ilə ölçülür.
2018-ci ilin II rübü üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı digər banklara nisbətən (min.5%) Pakistan Milli Bankı NBP Bakı filialında (338.9%), Naxçıvanbankda (133.5%) və Bank Melli İran Bakı filialında (89.8%) daha çox üstünlük təşkil edib.
Sıra | Bank | 2018 I Rüb I dərəcəli kapitalın adekvatlıq əmsalı (min. 5%) |
2018 II Rüb I dərəcəli kapitalın adekvatlıq əmsalı (min. 5%) |
1 | Pakistan Milli Bankı NBP Bakı filialı | 288.8% | 338.9% |
2 | Naxçıvanbank | 134.5% | 133.5% |
3 | Bank Melli İran Bakı filialı | 92.2% | 89.8% |
4 | Bank Avrasiya | 58.8% | 57.0% |
5 | Bank VTB (Azərbaycan) | 34.8% | 38.3% |
6 | Günay Bank | 35.2% | 33.2% |
7 | Azər Türk Bank | 27.6% | 26.9% |
8 | Ziraat Bank Azərbaycan | 25.3% | 26.2% |
9 | AFB Bank | m/y | 24.0% |
10 | NBCBank | m/y | 23.9% |
m/y – Məlumat yoxdur.