BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.
Aprel ayının 23-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 65.70 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu 3.65% azalaraq 63.30 ABŞ dolları ilə başa vurmuşdur.
Həftə əvvəlində 1 barelinin satış qiyməti 74.04 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 2.25% azalaraq 72.15 ABŞ dolları olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 74.50 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 74.21 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 2.55% olmuşdur.