“Expressbank” müştəriləri üçün xüsusi güzəştlər elan edir

“Expressbank” MasterCard növlü kart sahibləri üçün yeni – Priceless Specials proqramına start verir.

Artıq Expressbank-ın bütün Mastercard® və Maestro® kart sahibləri Bakının bir çox xidmət və satış nöqtələrində müxtəlif kateqoriyalar üzrə (kafe, restoran, sağlamlıq, spa, parfümeriya, mebel, ev aksesuarları, gül butikləri və digər sektorlar) endirimlər əldə edəcəklər.

Kampaniya ilə bağlı müvafiq satış nöqtələrinin siyahısı və endirimlər haqqında ətraflı məlumatı www.mastercard.az saytına daxil olmaqla öyrənmək mümkündür. Expressbank-ın kartlarıyla alış-veriş edən müştərilər nəinki endirim, həmçinin ExpressClub layihəsi çərçivəsində 20%-dək “cashback” qazanırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır