Hərracda 15 min manat həcmində istiqraz yerləşdirilib

İyunun 23-də  Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraca çıxarılan istiqrazların ISIN nömrəsi AZ2018008683, nominal qiymətlə həcmi 15 000 000 manat təşkil edib.

İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,006.5000 AZN təyin edilib. İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15,000,000 AZN təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 18 dekabr  2037-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır