Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   həyata keçirilən aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub:

– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinə  dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair;

– Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair.

Kollegiyaya dəvət olunmuş  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun  Quba rayon şöbəsinin müdiri, Şöbənin Sosial sığorta sektorunun müdiri  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri,  Nazirliyin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri,  Maliyyə və təsərrüfat şöbəsinin müdir əvəzi müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını  cavablandırıblar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır