Sahibkarların 5%-i ixracın yarısını təmin edir

Kənd təsərrüfatında ixrac edilən məhsulun 90%-i Rusiya bazarlarına gedir.

Bu haqda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Azexport.az portalının təqdimatı zamanı bildirib.

“Azərbaycanda kənd təsərrüfatı mallarının ixracı son 15 ildə 5 dəfə, 10 ildə 56%, 5 ildə isə 30% artıb”-deyə o vurğulayıb.

Onun sözlərinə görə, ixrac edən sahibkarların 5%-i ixracın yarısını təmin edir. 23% sahibkar isə ixracın 90%-ni həyata keçrir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır