Kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti 10% artıb

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz bahalaşıb.

2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2 faiz bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır