Maliyyə Nazirliyi açıq tender elan edir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi açıq tender elan edir. BBN.az “Xalq qəzeti”nə istinadən xəbər verir ki, tender Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının hazırlanması məqsədilə keçirilir.

Tender proseduru 2017-ci il sentyabrın 26-sı saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında baş tutacaq.

Qeyd edək ki,  təkliflər 2017-ci il sentyabrın 25-i saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin “Müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır