Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106005694 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 92.624 AZN (12.8798%) və 101.3261 AZN (8.3414%) olan 19 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4621 AZN (10.2922%), orta ölçülmüş qiyməti 98.6170 AZN (9.6989%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 034 300,00 AZN yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edib

İstiqrazların ödəmə tarixi  23 mart 2021-ci  ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 28 mart 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır