Metanol zavodunda bu il 186 min ton metanol istehsal edilib

“SOCAR Methanol” MMC sentyabr ayı üzrə istehsal həcmini açıqlayıb.

Belə ki, “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyətini uğurla davam etdirən metanol zavodu cari ilin sentyabr ayına qədər proqnozlaşdırılan istehsalın 75%-ni yerinə yetirərək 186 min ton metanol istehsal edib.

Qeyd edək ki, metanol zavodu istehsal olunan məhsulun 90%-dən çoxunu ixraca yönəldir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır