Moody`s son hesabatında ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 2017-ci ilin sonuna qədər 2.5 dəfə artırıb 1.25%-ə çatdıracağını bildirib.
Hesabatda:
Bizim proqnozumuza əsasən, FES bu ilin dekabr ayında faiz artımı həyata keçirəcək. Əgər ABŞ iqtisadiyyatında sağlam artım davam edərsə, 2017-ci ildə 2 və ya 3 faiz artımının da olacağını istisna etmirik. Digər iqtisadiyyatlarda isə faiz dərəcəsi tarixi aşağı səviyyələrdə davam edəcək.
Bu tendensiya isə özəl sektorun borc yükünün artması ilə nəticələnəcək.