“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 2017-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib. Belə ki, agentlik 2017-ci ilin iqtisadi artım proqnozunu 2.6%-dən 3.7%-dək artırıb.
Həmçinin, “Moody’s” 2018-ci ildə Türkiyənin iqtisadiyyatının 3.2% artacağını gözləyir.
Qeyd edək ki, inflyasiyanın bu il üçün 9,5%, gələn il üçün isə 8,5% həcmində olacağı təxmin edilib.