Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 % və ya 167,4 milyon manat artaraq 2000,7 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 % artaraq 1183,2 milyon manat təşkil edib.
Daxilolmaların 63,9 %-i və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 % və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 % icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 % təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.