Sığortaçıların təlim-tədrisi mövzusunda görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığortaçıların təlim-tədris proqramlarının yaradılması və müvafiq iştiqamətlər üzrə təlimlərin təşkili üzrə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Tədris Mərkəzinin direktoru Anar Həsənov, Ekspress Qrup Training & Consulting şirkətinin rəhbəri Abbas Abbaslı və sığorta üzrə ekspert Orxan Həsənov iştirak edib.

Görüş zamanı ASA-nın sədri qeyd edib ki, sığorta bazarının inkişafı üçün sığorta münasibətlərinin peşəkar iştirakçılarının (vasitəçilər, ekspertlər, qiymətləndiricilər, yardımçı fəaliyyətlə məşqul olan digər şəxslər) bilik və təcrübə səviyyələrinin artırılmasına böyük ehtiyac vardır. O həmçinin qeyd edib ki, ASA-da sığorta bazarında bilik səviyyəsinin artırılması üzrə xüsusi inkişaf strateqiyası hazırlanmaqdadır.

Görüşdə sığorta şirkətlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə sorğunun keçirilməsi və  gələn tələblər əsasında fərqli kəsimlər üzrə təlim layihələrinin hazırlanması – proqramların yazılması və beynəlxalq səviyyəli peşəkar təlimlərin təşkili üzrə müvafiq işlərə başlamaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, indiyədək ASA-nın təşkilatçılığı ilə aktuari, agentlərin sertifikasiyası, PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) və CII Award in General Insurance təlimləri keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır