Yeni prezident seçilməsilə ABŞ-ın daha mühafizəkar ticarət siyasəti yeridəcəyi və bu vəziyyətin Çinin ticarət əlaqələrinə də təsir etməsi narahatlıqları Çinin milli valyutası olan yuanın 6 ilin ən aşağı həddinə geriləməsinə səbəb olub. Bloombergin məlumatına əsasən, artıq yuan 3-cü ildir ki, üst-üstə geriləmə yaşayır.
Yuan dollar qarşısında 0,21% dəyər itirərək, 6.7920-ə çatıb ki, bu da pul vahidinin bu il ərzində 4,4% dəyər itirməsi deməkdir.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trump öz açıqlamasında Çindən ABŞ-a olan ixracata 45%-lik vergi tətbiq olunacağını bildirmişdi.