Vergi ödəyicisi olmayan fiziki şəxslərə e-qaimə yazmalıdır?
BBN.az xəbər verir ki, Vergilər Nazirliyin rəsmi saytında bu suala cavab verilib. Belə ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilib.
Göründüyü kimi, vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə göstərilən xidmətlərə görə onlara elektron qaimə-faktura verilməlidir.
Vergi ödəyici olmayan şəxslərə göstərilən xidmətlər isə Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.