Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”unun avtomatik məlumat mübadiləsi üzrə İşçi Qrupunun 15-ci iclası keçirilib.
İclasda “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında çoxtərəfli razılaşma”nın tələblərinə uyğun olaraq avtomatik məlumat mübadiləsinin aparılması və “2018-ci il üzrə məlumatların toplanması və hesabat verilməsi siyahıları” üzrə yenilənmiş sənədlər müzakirə olunub. Tədbirdə çoxtərəfli razılaşmadan irəli gələn öhdəliklərin, məlumatların konfedensiallığı və qanunvericilik üzrə qiymətləndirmə prosesi ilə əlaqədar tərəfdaş yurisdiksiyalarda mövcud vəziyyətə dair müzakirələr aparılıb.
İclasda iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi institularında vergi monitorinqi idarəsinin direktor müavini Vüsal Şıxəliyev “Maliyyə hesabları üzrə məlumatların müqayisəsi və informasiya resursları” mövzusunda təqdimatla çıxış edib, bu sahədə Vergilər Nazirliyi tərəfindən görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.