Dünyanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” də elektrikli avtomobil trendinə uyğunlaşmağa çalışır.
Belə ki, şirkət yanan mühərriklərdən uzaqlaşmağa başlayır. Almaniya nəhəngi 2030-cu ilə qədər bütün modellərini ətraf mühit üçün zərərli olmayan elektrikli modellərə dəyişəcək.
Şirkətin açıqlamasına görə, onlar bu plan üçün elektrik enerjisinə 50 mlrd. avro xərcləyəcək. Bütün xərclər nəzərə alınaraq, 2030-cu ilə qədər şirkət 70 mlrd. avro xərcləmə edəcək.