Xarici ticarət balansının profisiti 2 mlrd. dollar təşkil edib

İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. dollar təşkil edib.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.5 mlrd. dollar çoxdur.

Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. dollar (11.8%) artaraq 42 mlrd. dolları ötüb. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır